Онколог, хирург, психолог, валеолог.
Əsədli Ibrahim Novruz oğlu, azərbaycanlı, 15 oktyabr 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1981-1991-ci illərdə 163 saylı orta məktəbdə oxuyub.
1991-1997-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsində oxumuş və həmin fakültəni adlı təqaüd və fərqlənmə diplomu ilə bitirmişdir.
1997-1998-ci illərdə Milli Onkologiya Mərkəzində həkim-interna kimi torakal cərrahiyyə, urologiya, abdominal cərrahiyyə və hematologiya şöbələrində işləmiş və onkoloq ixtisasına yiyələnmişdir.
Sentyabr 1994 – iyul 1997 Bakı şəhəri Onkolojı Dispaserində və sentyabr 1995 – iyun 1996 Respublika Toksikolojı mərkəzində tibb qardaşı vəzifəsində işləmişdir.
1998-2000-ci illərdə Milli Ordu sıralarında hərbi-səhra cərrahı kimi Qarabağda xidmət etmişdir.
2004-2007-ci illərdə Moskva şəhərində yerləşən Analitik Psixologiya və Psixoanaliz Institutunda psixoloq-psixoanalitik, analitik psixoloq ixtisasına yiyələnmişdir.
2001-2016-cı illərdə Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri Institutunda ftizio-cərrahiyyə bölməsində elmi işçi vəzifəsində çalışmışdır.
2016-cı ildən indiyə kimi Valeologiya və İnteqrativ Təbabət Mərkəzinin rəhbəri vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var. Idmanla məşqul olir: üzgüçülük, vaterpol, karate-do (şotokan növü), basketbol, stolüstü tennis, bodibildinq, bilyard, yoqa. Sərbəst azərbaycan (ana dili), rus (təhsil dili),
yaxşı türk, ingilis dillərini, elementar səviyyədə fransız, alman, erməni dillərini bilir. Kompüterdə işləyir: Windows XP, MS Windows Office 2010, Internet.
Ünvanım: Bakı şəhəri, 8-ci km, K. Balakişiyev küçəsi, ev 40,mənzil 2.
Telefon: 422-11-32(ev); 520-40-80(iş); 050/055/070 331-88-52(mobil)
E-mail: i.asadli@mail.ru
Facebook https://www.facebook.com/ibrahim.asadli
Instagram https://www.instagram.com/doktor_ibrahim_asadli/
Twitter https://twitter.com/brahimsdli1
1995-ci ildən ictimai fəaliyyətlə məşqul olub.
1995-1996-cı illərdə Təbib Tələbələr Assosiasiyasının məsul katibi vəzifəsində çalışmışdır.
1996-1997-ci il “Elitar” gənclər klubunun MDB dövlətləri ilə iş departamentinin sədri olmuşdur.
1997-1999-cu il Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik Ittifaqının sədr müavini olmuşdur.
1998-ci ilin iyun-dekabr ayları Demokratik Seçki Mərkəzinin beynəlxalq müşahidəçilər və xarici təşkilatlarla iş şöbəsinin eksperti olmuşdur.
2005-2006-ci illərdə Gənclər Parlamentinin üzvü.
2006-cı ildən “Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyinin İdarə Heyətinin üzvü.
Eyni zamanda Azərbaycan Gənclər Təşkilatları Milli Şurasında fəaliyyət göstərmişdir.
1996-cı il “Ordudan təxris olunmuş gənclərlə iş komissiyasının” üzvü olmuşdur.
1996-1997-ci il “Ideoloji Araşdırmalar Mərkəzinin” əməkdaşı olmuşdur.
1997-1998-ci il “Narkomaniya ilə mübarizə komissiyasının” yaradıcısı və sədri olmuşdur.
2003-2004-cü illərdə “The voice of the times” qəzetinin icraçı direktoru vəzifəsində çalışmışdır.
Bir çox seminarlarda fəal iştirak etmişdir.
Oktyabr 1997-ci il – Fridrix Nauman Fondu və Azərbaycan Demokratiya Inkişaf Fondu tərəfidən təşkil olunmuş “Gənclərin siyasi maraqları və siyasi fəallığı” mövzusunda seminar.
16-18 sentyabr 1998-ci il - LİNKS təşkilatı və AGTMŞ tərəfindən keçirilən “Demokratik Azərbaycan qurulucuğunda gənclərin rolu” mövzusunda beynəlxalq konfrans.
23-25 sentyabr 1998-ci il – Batumi şəhərində keçirilən Azərbaycan və Gürcüstan uşaq və gənclər təşkilatlarının liderlərinin görüşünün fəal iştirakçısı.